AZERFAX TV
DİN ötən gün aşkar olunan silah-sursatın sayını açıqladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 27-də ümumi çəkisi 3,9 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazrliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həmçinin polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 tüfəng, 4 patron darağı və 51 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.



