Ölkə

“Trabzonspor”un baş məşqçisi istefa verdi

Türkiyənin “Trabzonspor” klubunda baş məşqçi Fatih Tekke ilə bağlı gözlənilməz qərar verilib.

Mətbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının təsnifat mərhələsində “Ferencvaros”a 4:0 hesabı ilə məğlub olaraq turnirdən kənarda qalan “Trabzonspor”da baş məşqçi Fatih Tekke istefa verdiyini açıqlayıb.

48 yaşlı mütəxəssis qarşılaşmadan sonra məğlubiyyətin məsuliyyətini üzərinə götürərək istefa qərarını elan edib. Tekke komandanın daha yaxşı nəticələr əldə edə biləcəyinə inandığını, lakin yaşanan məğlubiyyətin onun üçün qəbuledilməz olduğunu bildirib.

Lakin “Trabzonspor” rəhbərliyi onun istefasını qəbul etməyib.

Klub gecə saat 02:42-də yaydığı rəsmi açıqlamada Tekkenin istefa qərarının məğlubiyyətdən sonra yaranan emosional vəziyyətlə bağlı olduğunu qeyd edib. Rəhbərlik baş məşqçinin vəzifəsində qalacağını bildirib.

Qeyd edək ki, Fatih Tekke 2025-ci ilin martında “Trabzonspor”un baş məşqçisi təyin olunub. O, komandanın başında 61 rəsmi oyuna çıxıb. Bu görüşlərdə “Trabzonspor” 35 qələbə qazanıb, 14 dəfə heç-heçə edib və 12 matçda məğlub olub.

Related Articles

Bir cavab yazın

Back to top button