AZERFAX TV
Cəbrayıla növbəti köç karvanı yola salındı

Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonuna növbəti köç karvanı Cocuq Mərcanlı keçid postundan yola salınıb.
AZERFAX.AZ Teleqraf-a istinadla xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə ümumilikdə 18 ailə, 98 nəfər köçürülüb.
Şükürbəyli kəndinə 15 ailə olmaqla 86 nəfər, Horovlu kəndinə isə 3 ailə olmaqla 12 nəfər yola salınıb.
Köçürülən ailələr uzun illərdən sonra doğma yurdlarına qayıdaraq yeni həyatlarına başlayacaqlar.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi Böyük Qayıdış proqramı çərçivəsində davam etdirilir.



