Ölkə
2 faydalı qazıntı yatağı hərrac yolu ilə istifadəyə verildi


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.
Mətbuat.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərracda Füzuli rayonunda yerləşən “Arayatlı” qum-çınqıl yatağı (38,7 ha) və Qəbələ rayonunda olan “Bumçay” qum-çınqıl yatağı (27,5 ha) istifadəyə verilib.



