Doğduğu uşağı boğdu, özü də öldü

Rusiyanın “Şeremetyevo” hava limanında uşaq dünyaya gətirən qadın yeni doğulmuş körpəni öldürüb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. Qeyd edilib ki, ana özü də ölüb.
Rusiyanın “Şeremetyevo” hava limanında uşaq dünyaya gətirən qadın yeni doğulmuş körpəni öldürüb. AZERFAX.AZ xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. Qeyd edilib ki, ana özü də ölüb.
“Hadisə ana hava limanına çatdıqdan sonra baş verib. Qadında doğuş sancıları başlayıb, lakin o, tibbi yardım almaq əvəzinə beynəlxalq terminaldakı tualetə gedib. Qadın burada körpəni diri şəkildə dünyaya gətirib, hətta sonra göbək bağını özü kəsib. Ana körpənin ağzına tualet kağızı tıxamağa başlayıb. Nəticədə uşaq boğulub”, – məlumatda qeyd edilib.
Nəşr onu da yazıb ki, qadın özü də doğuşdan qısa müddət sonra ölüb.
Onun ölümünün dəqiq səbəbi hələlik məlum deyil.



