AZERFAX TV

Dollarla bağlı vəziyyət kəskin dəyişdi

Dollar üçün gizli bir təhlükə aşkar edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. Mənbələrə görə, qlobal maliyyə sistemində diqqətçəkən dəyişikliklər baş verə bilər.

Bildirilir ki, Birləşmiş Ərəb Əmirlikləri ABŞ dollarının mümkün çatışmazlığı fonunda alternativ valyutalara, o cümlədən Çin yuanına yönəlməyi nəzərdən keçirir.

Məlumata əsasən, bu addım xüsusilə neft və digər beynəlxalq əməliyyatlar üzrə ödəniş mexanizmlərinə təsir göstərə bilər. Ekspertlər hesab edir ki, enerji ticarətində dolların payının azalması qlobal valyuta balansında dəyişiklik yarada bilər.

Nəşr qeyd edir ki, bu tendensiya ABŞ dollarının uzun illərdir davam edən dominant mövqeyi üçün “gizli təhlükə” kimi qiymətləndirilir. Bunun əsas səbəblərindən biri isə neft əməliyyatlarında alternativ valyutaların istifadəsinin artması ehtimalıdır.

BƏƏ rəhbərliyi məsələ ilə bağlı Vaşinqtonu məlumatlandırsa da, bu təşəbbüs hələlik ilkin və ehtiyat xarakteri daşıyır. Likvidliyin təmin olunması üçün valyuta svopu mexanizmləri müzakirə olunsa da, rəsmi müraciətin edilmədiyi bildirilir. (Globalinfo)

Related Articles

Bir cavab yazın

Back to top button