AZERFAX TV

Dövlət Dumasından ŞOK ÇAĞIRIŞ – Bu “ölkə” Rusiyaya birləşdirilsin

Tanınmayan qondarma Cənubi Osetiya Respublikasının Rusiyaya birləşməsi prosesi gedir.

AZERFAX.AZ Qazeta.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Kuznetsov bildirib.

Deputatın sözlərinə görə, bu proses xüsusi formada həyata keçirilir və hadisələrin sürətli ssenari, yoxsa tədricən inteqrasiya yolu ilə inkişaf edəcəyini zaman göstərəcək. Parlamentari, həmçinin respublikadan olan həmkarları ilə birgə humanitar layihələrin imkanlarını müzakirə etdiklərini qeyd edib.

İyunun 23-də Alan Qaqloyev Cənubi Osetiya Prezidenti vəzifəsindən istefa verib. Onun Rusiya lideri Vladimir Putinin müşaviri olduğu məlumdur. Cənubi Osetiya Prezidentinin müvəqqəti icraçısı vəzifəsini hökumət başçısı Marat Kambolov yerinə yetirəcək.

Related Articles

Bir cavab yazın

Back to top button