Bu ərazidə yaşayan şəxslərə kompensasiya ödənilə bilər

Əlicançay su anbarının tikintisi altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə kompensasiya veriləcək.
AZERFAX.AZ iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti kompensasiyanın hesablanması ilə bağlı hazırlıqlara başlayıb.
Məlumata görə, kompensasiya veriləcək əmlaklardan 420-si xüsusi torpaq sahəsi, 315-i isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir.
Qeyd edək ki, Əlicançay su anbarı Oğuz və Şəki rayonları ərazisində tikilir. Su anbarının istismara verilməsi nəticəsində əvvəl 12 kəndin, daha sonra ətraf yaşayış məntəqələrinin içməli su problemlərinin tam aradan qaldırılması mümkün olacaq və 34 min hektar dəmyə ərazidə yerləşən əkin torpaqlarının suvarılması təmin ediləcək.
ADSEA su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.
Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kub, çay hövzəsində qurulan bəndin uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir. Anbar tikilib istifadəyə verildikdən sonra Şəki və Qax ərazisində 3483 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, o cümlədən 29517 hektar yeni torpaq sahəsi su ilə təmin olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



