Dramatik matç: Azarkeşlərə görə çempionluqdan oldular

İngiltərə Milli Liqasının sonuncu turunda (5-ci divizion) “Roçdeyl” ilə “York Siti” arasında keçirilən oyunda dramatik ssenari yaşanıb.
AZERFAX.AZ xəbər verir ki, 95-ci dəqiqədə vurulan qoldan sonra “Roçdeyl” futbolçuları artıq çempionluğu qeyd etməyə başlamış, emosiyalarına hakim ola bilməyən azarkeşlər isə meydana daxil olaraq oyunçularla birlikdə sevinc yaşayıblar.
Bu səbəbdən hakim oyunu təxminən yeddi dəqiqə dayandırmağa məcbur olub və azarkeşlər tribunaya qaytarıldıqdan sonra qarşılaşma yenidən bərpa edilib. Hər şeyin artıq həll olunduğu düşünülürdü, lakin hadisələr gözlənilməz şəkildə dəyişib.
103-cü dəqiqədə “York Siti” hesabı bərabərləşdirən qolu vuraraq vəziyyəti tam çevirməyi bacarıb. Məhz bu heç-heçə onlara birinci yeri qorumağa və dördüncü diviziona yüksəlişi təmin etməyə imkan verib.
“Roçdeyil” isə 2-ci yeri tutaraq pley-off yarımfinalına vəsiqə qazanıblar.



