AZERFAX TV
Dünyaca məşhur bloqer Şuşada möhtəşəm quzu ziyafəti verdi

Qəbələnin Qəmərvan kəndindən olan tanınımış bloqer, dünyaca məşhur “Wilderness Cooking” “YouTube” kanalının sahibi Təvəkkül Aslanov bu dəfə Şuşada aşpazlıq məharətlərini sərgiləyib.
AZERFAX.AZ xəbər verir ki, məşhur bloqer “Şuşa şəhərində möhtəşəm quzu ziyafəti hazırlanır!”,- başlığı ilə yeni videosunu izləyicilərlə paylaşıb.
Qeyd edək ki, milli mətbəximizi dünyada tanıdan bloqer təbiət qoynunda, qeyri-adi və mənzərəli yerlərdə müxtəlif yeməklər hazırlayır. Onun yeddi milyondan çox və demək olar ki, dünyanın hər bir yerindən daimi izləyiciləri var.



