Bu ölkədə tayfuna görə əhali təxliyə edilir

“Bavi” tayfunu şənbə günü axşam saatlarında Çinin şərqindəki Tayçjou sahil şəhərinə çatıb. Təxminən 2 milyon insan təxliyə edilib.
AZERFAX.AZ xəbər verir ki, “Bavi” şimal-qərb istiqamətində yavaşlamağa və zəifləməyə davam etsə də, tayfun təxminən Fransa ölçüsündə olan yağış zolaqlarındakı nəmlik səbəbindən hələ də ciddi təhlükə yaradır.
“Dövlət qurumları Tayçjounun yerləşdiyi Çjetszyan əyalətindən 1,7 milyondan çox insanın, qonşu Futszyan və Pekin əyalətlərindən 100 mindən çox insanın və Şanxaydan təxminən 34 min insanın təxliyə edildiyini bildirib”, – deyə “Reuters” yazır.
Milli Meteorologiya Mərkəzinin məlumatına görə, “Bavi” qasırğasının maksimum davamlı küləyi saatda təxminən 144 kilometr (90 mil/saat) olub ki, bu da Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyaya bərabərdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



