AZERFAX TV
Dünyanın ən yaxşı klubunda ən yaxşı oyunçu – Kroos “Qızıl top”u ona “verdi”

Toni Kroos hesab edir ki, PSJ-nin hücumçusu Xviça Kvaratsxeliyaya 2026-cı ildə “Qızıl top”u qazanmalıdır.
AZERFAX.AZ xəbər verir ki, “Real Madrid” və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi alman bloqçu Florian Malburqun “İnstaqram” paylaşımına şərh yazıb.
“Əgər soruşursansa, onda… Kvara. Bu, mənim üçün olduqca aydındır!
Dünya Kubokundakı dörd ən yaxşı oyunçu – Rodri, Messi, Cud Bellinqrm və Kilian Mbappe – ya ən yaxşı mövsümü keçirməyiblər, ya da daha zəif liqada oynayırlar. Kvara ötən mövsümdə və hazırda da dünyanın ən yaxşı klubunda ən yaxşı oyunçu idi”.
Bu il “Qızıl top”un mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.



