Ölkə
Krivoy Roqda ticarət mərkəzinə PUA zərbəsi: 5 ölü, 50 yaralı


Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Krivoy Roq şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində ticarət mərkəzi dağılıb.
AZERFAX.AZ-ın məlumatına görə, Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, zərbədən sonra ərazidə güclü yanğın başlayıb və hadisə yerinə xilasedicilər cəlb olunub.
İlkin məlumatlara əsasən, hücum nəticəsində azı 5 nəfər həyatını itirib, 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar arasında 6 uşağın olduğu bildirilir.
Qanja qeyd edib ki, dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin yekun sayı hələ dəqiqləşdirilməyib və itkilərin arta biləcəyi istisna olunmur.



