AZERFAX TV

Əfsanədən “Livepul”a tövsiyə: Daha 4-5 futbolçu…

“Liverpul”un əfsanəsi Fil Tompson hesab edir ki, Andoni İraolanın liqa çempionluğu uğrunda mübarizə apara bilməsi üçün klubun daha dörd və ya beş transferə ehtiyacı var .

AZERFAX.AZ xəbər verir ki, keçmiş kapitan xüsusilə heyətin müdafiəsinin dərinliyindən narahatdır. İbrahima Konate və Endi Robertsonun gedişindən sonra “Liverpul” Jeremi Jaketlə müqavilə imzaladı və Ronald Arauxonu icarəyə götürdü, lakin Tompson bu gücləndirmələrin yetərli olmadığına inanır.

“Goal” Tompsonun sözlərini sitat gətirib: “Bizə hələ də yeni oyunçular lazımdır. Düşünürəm ki, fərqli mövqelərdə daha dörd və ya beş oyunçu ilə müqavilə bağlamalıyıq”.

O, həmçinin qeyd edib ki, “Liverpul” son satışlardan əldə edilən gəlir sayəsində yeni satınalmalar etmək üçün maliyyə imkanlarına malikdir.

AZERFAX.AZ

Related Articles

Bir cavab yazın

Back to top button