AZERFAX TV
Əfsanənin oğlu bu ölkədə oynayacaq

“Liverpul”un əfsanəvi hücumçusu Robbi Faulerin oğlu, 20 yaşlı hücumameylli yarımmüdafiəçi Ceykob Fauler daha çox oyun vaxtı qazanmaq üçün gözlənilməz bir addım ataraq Cəbəllütariq təmsilçisi “Avropa” ilə müqavilə imzalayıb.
AZERFAX.AZ xəbər verir ki, futbolçu əvvəllər İngiltərənin birinci liqa klubu “Stokport Kaunti”nin gənclər komandasında (U-21) oynayıb.
Yakobun yeni klubu ötən mövsüm Cəbəllütariq Milli Liqasında dördüncü yeri tutaraq Konfrans Liqasının birinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
Lakin iki oyunun nəticəsinə görə Şimali Makedoniya təmsilçisi “Şkendiya”ya 0:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.



