AZERFAX TV

Ermənistanda keçmiş məmuru və ata anasını bıçaqlayan hərbi polis imiş

Dünən Ermənistanda səs-küyə səbəb olan ağır cinayət hadisəsi törədilib.

AZERFAX.AZ xəbər verir ki, 3 nəfər bıçaqlanıb, hadisəni törədən şəxs isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Belə ki, Ermənistanın Lori mərzinin Spitak icmasının Jraşen kəndinin keçmiş rəhbəri Armen Yeqiazaryan, həmçinin onun atası və anası bıçaqlanıblar. Kriminal xəbər saytı olan “Shamshiyan”ın yaydığı məlumata görə, insident Jraşen adminstrasiyasının keçmiş rəhbərinin evi qarşısında baş verib. Bu gün isə məlum olub ki, bıçaqlananlarla yanaı Jraşen kənd sakini Aren Vardanyan adlı şəxs də davadan sonra Vanadzor Tibb Mərkəzinə aparılıb.

“İlkin məlumatlara görə, o, dünən baş verən və üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisədə şübhəli bilinir. Vardanyan Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polisinin zabitidir”,- nəşr yazıb.

Keçmiş məmurun evinin qarşısında hər yer qana boyanıb. Yaralılar ağır vəziyyətdə Spitak tibb mərkəzinə çatdırılıblar. Armen Yeqiazaryanda daxili qanaxma olduğu üçün o, təcili əməliyyat olunub və onun dalağı kəsilərək götürülüb. Armenin atası da qarın nahiyəsindən ağır xəsarətlər aldığı üçün əməliyyat edilib.Keçmiş məmurun anası isə ayağından yaralanıb. Hadisə yerinə toplaşan yerli sakinlər isə jurnalistlərə bildiriblər ki, mübahisə avtomobilin sürət həddini aşmasına görə yaranıb və bu irad sonda bıçaqlanmaya səbəb olub.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button