AZERFAX TV
Eyfel qülləsinin pilləkəni bu qiymətə satıldı

Eyfel qülləsinin pilləkəninin bir hissəsi “Artcurial Paris” hərracında satılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, 1889-cu ilə aid orijinal pilləkənin bir hissəsi 450 min avrodan çox məbləğə satılıb.
2.7 metr, çəkisi 1.4 ton olan fraqmentin qiyməti ilkin dəyərləndirməni üç dəfə üstələyib.
Pilləkən 1983-cü ildə yenidənqurma zamanı sökülərək 24 hissəyə bölünüb və onların əksəriyyəti hərraclarda satılıb.
Müəllif: Roza



