FHN-in Mülki müdafiə qoşunlarında voleybol yarışı keçirildi

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında (MMQ) voleybol üzrə birincilik keçirilib.
Bu barədə AZERFAX.AZ-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra yarışlara start verilib.
Tədbirin mükafatlandırma mərasimində çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya miqyasında idman mərkəzlərindən birinə çevrilməsindən, idmançılarımızın qazandığı möhtəşəm uğurlardan danışıblar. Həmçinin, müxtəlif yarışlarda MMQ-nin təmsilçilərinin qazandığı yüksək nailiyyətlərdən söz açılıb.
MMQ komandanlığının Fiziki hazırlıq və idman şöbəsinin zabitlərindən ibarət hakimlərin idarəçiliyi ilə keçirilmiş yarışda komanda hesabında birinci yeri Qəbələ komandası, ikinci yeri Lənkəran komandası, üçüncü yeri isə Gəncə komandası tutub.
Sonda qalib gələn komandalar diplom, kubok və medallarla təltif olunublar.
.jpg)
.jpg)



