AZERFAX TV

Filippində bərə faciəsi: 5 ölü, 87 itkin

Filippin sahillərində bərənin yanması nəticəsində azı 5 nəfər ölüb, 87 nəfər isə itkin düşüb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “France-Presse” agentliyi yerli Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Hadisə çərşənbə günü axşam saatlarında Filippinin Palavan əyalətində, turistlərin daha çox getdiyi ərazi yaxınlığında baş verib. “M/V June Aster” adlı gəmi sahildən 2 kilometrdən bir qədər artıq məsafədə olarkən yanğın baş verib.

Bildirilir ki, gəmidə ümumilikdə 134 nəfər olub. 40-dan çox insanın xilas edildiyi bildirilir.

Hadisə nəticəsində 5 nəfərin öldüyü, 87 nəfərin isə hazırda itkin hesab edildiyi açıqlanıb. Xilasetmə əməliyyatı davam etdirilir.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button