AZERFAX TV

Fransa Rusiya tankerini saxladı – Makron Moskvaya meydan oxudu

Fransa Hərbi Dəniz Qüvvələri Rusiyadan gələn “Taqor” neft tankerini Atlantik okeanında saxlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial media platforması “X” də məlumat verib.

“Dünən səhər Fransa Hərbi Dəniz Qüvvələri Rusiyadan gələn və beynəlxalq sanksiyalara məruz qalan neft tankeri “Taqor”u saxlayıb. Bizim qətiyyətimiz sarsılmaz və mütləqdir”, – deyə Fransa lideri yazıb.

Makron əməliyyatın açıq dənizdə Birləşmiş Krallıq da daxil olmaqla bir neçə Fransa müttəfiqinin dəstəyi ilə həyata keçirildiyini bildirib. O, tankerin saxlanılmasının “dəniz qanunvericiliyinə ciddi şəkildə uyğun olaraq” həyata keçirildiyini iddia edib.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button