AZERFAX TV
Gəncənin zibil poliqonundan körpə meyiti tapıldı

Gəncənin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb.
AZERFAX.AZ Teleqraf-a istinadla xəbər verir ki, böyük ehtimalla meyit erkən doğulan körpəyə aiddir.
Sözügedən zibil poliqonu Gəncədə məişət tullantılarının atıldığı ən böyük ərazi hesab olunur.



