Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı

Aran Regional Klinikasının varikoz əməliyyatı ilə bağlı paylaşımı etiraza səbəb olub. Klinikanın “İnstagram” hesabındakı paylaşımında qeyd olunur ki, varikozun lazer əməliyyatı ilk dəfə həyata keçirilib.
AZERFAX.AZ xəbər verir ki, fleboloq, cərrah Vüqar Fəttah-Pur klinikanın bu paylaşımının doğru olmadığını açıqlayıb.
Vüqar Fəttah-Pur bildirib ki, varikozun lazer əməliyyatını ilk dəfə o həyata keçirib.
“Bu əməliyyatı ilk dəfə 2023-cü ildə mən etmişəm. Aran Regional Klinikası isə bu əməliyyatın ilk dəfə edildiyini iddia edir. Belə çıxır ki, eyni əməliyyatı hər dəfə yeni bir həkim edəndə bunu “ilk dəfə” kimi təqdim etməlidirlər. Ümumiyyətlə bu, “ilk dəfə” sözünü çox bəsitləşdiriblər. Azərbaycan səhiyyəsi o qədər zəif, cılız vəziyyətdə deyil ki, daha öncə həyata keçirilmiş əməliyyatı “ilk dəfə” kimi göstərirlər. Bu, qlobal əhəmiyyətli bir hadisə deyil axı”, – fleboloq qeyd edib.
O, Aran Regional Klinikasının bu addımını yalan üzərindən səriştəsiz reklam kampaniyası kimi dəyərləndirib.
Məsələyə ilə bağlı Aran Regional Klinikasına soğru ünvanladıq. Klinikanın mövqeyini dərc etməyə hazırıq.



