AZERFAX TV

Həmin pillə AYA ÇIRPILACAQ – Yerin təbii peykini toz dumanı bürüyəcək

“SpaceX” şirkətinə məxsus “Falcon 9” raketinin işlənmiş pilləsi avqustun 5-də saatda təxminən 8700 kilometr sürətlə Aya çırpılacaq.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Conversation” nəşri məlumat yayıb.

2025-ci ilin yanvarında buraxılmış raket Yer kürəsinin təbii peykinə iki kommersiya enmə modulunu göndərib, bundan sonra qeyri-sabit orbitdə yanacaqsız qalıb və Ayın qravitasiyasının təsirinə düşüb.

Alimlər hesab edirlər ki, raket pilləsinin Ayla toqquşması nəticəsində diametri 20-30 metr olan krater və hündürlüyü bir neçə kilometr təşkil edən toz buludu əmələ gələcək.

Nəşr vurğulayır ki, yaranmış vəziyyət planetoloqların diqqətini cəlb edəcək, lakin eyni zamanda insanın təbii peykimizdəki fəaliyyətinin hüquqi tənzimlənməsi problemini üzə çıxarır.

2025-ci ilin yanvarında “SpaceX” şirkəti Aya Amerikanın (“Blue Ghost”) və Yaponiyanın (“Hakuto-R 2”) enmə modullarını buraxmışdı.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button