AZERFAX TV
Heç kim yas tutmayacaq – İrandan Qremin ölümünə reaksiya

ABŞ senatoru Lindsi Qremin ölümünə görə İranda heç kim yas tutmayacaq.
AZERFAX.AZ xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Dünyanın azad insanları fəlsəfəsi təcavüz, müharibə, qorxutma və regionda soyqırımı dəstəkləmək üzərində qurulmuş bir insanın itkisinə yas tutmayacaq… Bu radikal senatorun ölümü heç bir azad insanı kədərləndirməyəcək”, – deyə o, mətbuat konfransında bildirib.
Ötən bazar günü Qremin ofisi senatorun qısa sürən xəstəlikdən sonra 71 yaşında vəfat etdiyini açıqlayıb.
Müəllif: Tural



