AZERFAX TV

Hindistanda fişəng zavodunda partlayış – 23 nəfər öldü

Hindistanın cənubundakı Tamilnad ştatının Virudhunagar dairəsinin Kattanarapatti kəndində fişəng zavodunda baş verən partlayış zamanı azı 23 nəfər ölüb, daha altı nəfər yaralanıb.

Bu barədə AZERFAX.AZ-a “India Today”ə istinadən məlumat yayıb.

Məlumata görə, hakimiyyət orqanları 19 meyitin kimliyini müəyyən edib. Bundan əlavə, dairə administratoru N.O. Sukhaputranın sözlərinə görə, xilasetmə əməliyyatında iştirak edən 13 nəfər yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb, altı yaralı isə reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, müəssisə qanunsuz fəaliyyət göstərib. Təqsirkarları tapmaq və tutmaq üçün dörd xüsusi qrup yaradılıb.

Nəşr qeyd edir ki, bu, dairədə ilk belə hadisə deyil. Təkcə 2024-cü ildə oxşar zavodlarda baş verən iki partlayışda 14 nəfər ölüb, 8 nəfər yaralanıb.

Related Articles

Bir cavab yazın

Back to top button