AZERFAX TV

İkinci Nepal fəlakəti yaşanacaq? – Hakimiyyət xalqa xəbərdarlıq etdi

Nepal hakimiyyəti yeni daşqın riskləri barədə xalqa xəbərdarlıq edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, xəbərdarlıqlar sakinlərə avqustun 30-u səhər saatlarında telefon vasitəsilə göndərilib. Nepal hakimiyyəti xüsusən də su basmış ərazilərdə yaşayanlar üçün xüsusi xəbərdarlıq mesajı yayıb və onları ayıq-sayıq olmağa çağırıb.

Xatırladaq ki, 26 avqustda Nepalın şimalında uçqunlardan sonra palçıqla müşahidə olunan tarixin ən şiddətli daşqınlarından biri baş verib. Nəticədə Bhote Koşi çayının suyunun səviyyəsi bir neçə dəqiqə içində kəskin şəkildə qalxıb. Son məlumatlara görə, 700-dən çox insan ölüb. 2498 nəfər isə hələ də itkin sayılır.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button