AZERFAX TV
İndoneziya sahillərində güclü zəlzələ

Hind okeanında, İndoneziyanın Yava adasının sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 125 mindən çox əhalisi olan Ranqkasbitunq şəhərindən 232 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.



