AZERFAX TV
İndoneziyada 5,6 bal gücündə zəlzələ oldu

İndoneziyanın Sumatra adası yaxınlığında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri təxminən 100.000 nəfər əhalisi olan Şimali Sumatra əyalətinin Padangsidempuan şəhərindən 221 km cənub-qərbdə, episentri 37 km dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, heç bir itki və ya dağıntı olmayıb. Sunami xəbərdarlığı edilməyib.



