AZERFAX TV
İran ABŞ-ı HƏDƏLƏDİ – “Bu dili başa düşürük”

İran və ABŞ arasındakı razılaşma yalnız kağız üzərində qalarsa, Yaxın Şərqdə enerji resurslarının axını dayandırılacaq.
AZERFAX.AZ İranın ali rəhbərinin müşaviri Məhəmməd Moxberin “X” sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir ki, rəsmi Tehran öz tələblərində qətiyyətlidir.
Onun fikrincə, Vaşinqton ən yaxşı halda iqtisadiyyat, eləcə də xərclər və mənfəət təhlili dilini başa düşür.
“Əgər razılaşma yalnız kağız üzərində qalarsa, Yaxın Şərqdə enerji resurslarının axını dayandırılacaq”, – deyə o vurğulayıb.
Moxber əlavə edib ki, danışıqlaraparan iranlılar bütün öhdəliklər tam yerinə yetirilməyənə qədər sakitləşməyəcəklər.
Hüseyn İbadlı



