AZERFAX TV
İran ballistik raketlərin 70 faizini qoruyub

ABŞ kəşfiyyat orqanlarının bu ayın əvvəlində hazırladığı hesabata əsasən, İran raket potensialının böyük hissəsini qoruyub saxlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Hesabatda iddia olunur ki, İran rejimi buraxılış qurğularının, raket ehtiyatının təxminən 70 faizini saxlayıb və bir çox yeraltı hərbi obyektlərə çıxışı bərpa edib.
Məlumata görə, ABŞ rəsmilərini ən çox narahat edən məqamlardan biri də İranın Hörmüz boğazı boyunca yerləşən 33 raket bazasından 30-una yenidən əməliyyat girişinin mümkün olmasıdır.
Bu bazaların boğazdan keçən ABŞ hərbi gəmiləri və neft tankerləri üçün potensial təhlükə yaratdığı bildirilir.
Müəllif: Roza



