AZERFAX TV
İran böyük problem içindədir – Tramp

ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Hörmüz boğazına blokada vasitəsilə nəzarət etdiyini bildirib.
AZERFAX.AZ xəbər verir ki, Tramp jurnalistlərlə söhbətində boğaz üzərində “tam nəzarətə” malik olduqlarını deyib. O, İranın su yoluna mina yerləşdirmək kimi addımlar ata biləcəyini, lakin ABŞ blokadasının effektiv olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, ABŞ hazırda həftə ərzində milyonlarla barel neftin bölgədən çıxarılmasını təmin edir. O, neft qiymətlərinin aşağı düşdüyünü və kəskin addım atılmadığı təqdirdə bu tendensiyanın davam edəcəyini bildirib.
ABŞ Prezidenti İranın hazırda “böyük problem” içində olduğunu da qeyd edib.



