AZERFAX TV

İran və Pakistan daxili işlər nazirləri görüşdü

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin daxili işlər nazirlərinin toplantısı çərçivəsində İran və Pakistanın daxili işlər nazirləri arasında görüş keçirilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, İranın daxili işlər naziri İskəndər Momeni və pakistanlı həmkarı Seyid Möhsin Nəqvi regiondakı təhlükəsizlik vəziyyətini, sərhədlərarası təhdidlər, terrorizm və ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin regional əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanın artırılmasının vacibliyini vurğulayıblar.

Görüşdə İran və Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd olunub və ikitərəfli əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə edilib.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button