AZERFAX TV

İrana nüvə zərbəsi endirilə bilər?

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrana qarşı nüvə silahından istifadə edə biləcəyi ehtimalını rədd edib.

AZERFAX.AZ xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp İrana qarşı adi silahlardan istifadə olunmasını isə istisna etməyib.

“Mən bunu istisna edirəm. Buna ehtiyac yoxdur”, – deyə ABŞ Prezidenti nüvə zərbəsi ehtimalı ilə bağlı sualı cavablandırıb.

Bununla belə, Tramp İrana yenidən zərbə endirilməsi ehtimalının tamamilə aradan qalxmadığını bildirib: “Lakin bu o demək deyil ki, biz onlara yenidən zərbə endirməyəcəyik. Görək nə baş verəcək”.

Bu açıqlamadan əvvəl “Axios” ABŞ Prezidenti və yüksək vəzifəli köməkçilərinin Hörmüz boğazı ərazisinə məhdud zərbələr endirilməsi variantını nəzərdən keçirdiyini yazıb. Məlumata görə, plan ABŞ Mərkəzi Komandanlığı tərəfindən hazırlanıb və müdafiə naziri Pit Heqset tərəfindən Ağ Evə təqdim edilib.

Related Articles

Bir cavab yazın

Back to top button