AZERFAX TV
İsrail Ordusu HƏMAS-ın bölük komandirini məhv etdi

İsrail hərbçiləri Qəzza zolağının mərkəzində HƏMAS hərəkatının “Deyr əl-Bəlah” batalyonunun bölük komandirini zərərsizləşdirib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Zərbə Deyr əl-Bəlah ərazisində HƏMAS-ın hərbi qanadı olan “Deyr əl-Bəlah” batalyonunun bölük komandiri Şərif əl-Həsənata endirilib. O, İsrail Müdafiə Ordusunun hərbi qulluqçuları üçün birbaşa təhlükə yaradırdı”, – bəyanatda deyilir.
İsrail Müdafiə Ordusunun məlumatına görə, əl-Həsənat terror hücumlarının planlaşdırılmasına, həyata keçirilməsinə nəzarət edib və Qəzza zolağında HƏMAS-ın yeraltı obyektlərinin bərpasında iştirak edib.



