AZERFAX TV

İsti hava fəlakətə çevrilir – Parisdə cəsədlər üçün yer tapılmır

Avropada anomal istilər fonunda ölüm hallarının kəskin artması səbəbindən Parisdəki morqlar dolub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Family Obsèques” dəfn bürosunun direktoru Fabien Yuqe BFMTV-yə verdiyi müsahibədə bildirib.

“Dəfn büroları doludur və biz artıq dünyasını dəyişənlərimiz üçün yer tapa bilmirik. Vəziyyət çox çətinləşir”, – deyə həmsöhbətin sözlərindən sitat gətirilib.

Qeyd olunub ki, şəhərin krematoriyalarında hətta bir neçə günlük növbələr yaranıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button