Kallas Trampa qarşı sui-qəsdi “qorxu meydanı”na bənzətdi

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdinə reaksiya verib.
AZERFAX.AZ xəbər verir ki, o, sosial şəbəkə hesabında ABŞ Prezidentinin Hilton otelində keçirilən tədbir zamanı baş vermiş atışmada xəsarət almamasından sevindiyini bildirib.
“Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyindəki atışmadan sonra Prezident Tramp da daxil olmaqla, orada olan hər kəsin təhlükəsizdə olmasına şadam. Siyasi zorakılığın demokratiyada yeri yoxdur!”,- Kallas yazıb.
O, qeyd edib ki, mətbuat azadlığına həsr olunmuş tədbir heç vaxt “qorxu meydanına” çevrilməməlidir.
Xatırladaq ki, bu gün Donald Tramp Vaşinqtondakı Hilton otelində Ağ Ev Müxbirləri Assosiasiyasının qəbuluna qatılan zaman otelə silahlı hücum baş verdi.
Atışmanı ixtisasca müəllim olan 31 yaşlı Koul Allen adlı şəxs təşkil edib. O, hadisə yerində saxlanılıb və prezident, digər rəsmi şəxslər xəsarət almayıblar. İnsidentdən bir saat sonra Tramp özü mətbuat konfransında hadisə barədə danışıb.
Müəllif: Tural



