AZERFAX TV
Kliçkonun keçmiş nişanlısı öldü – FOTO

Amerikalı aktrisa və müğənni Hayden Panettiere 36 yaşında vəfat edib.
AZERFAX.AZ xəbər verir ki, Hollivud aktrisası 37 yaşına beş gün qalmış, 16 avqustda ölüb.
Panettiere 2009-cu ildən bəri ukraynalı keçmiş boksçu Vladimir Kliçko ilə münasibətdə idi. Onlar 2013-cü ildə nişanlandılar. 2018-ci ilin avqust ayında cütlüyün ayrıldığı elan edildi.
2014-cü ilin dekabr ayında cütlüyün Kaya adlı qızları dünyaya gəldi. Lakin, 2018-ci ildə ayrıldıqdan sonra, Panettierenin alkoqol və narkotik problemləri səbəbindən uşağın tam qəyyumluğu Kliçkoya keçdi.



