AZERFAX TV
Konqoda virusdan ölənlərin sayı minə yaxınlaşır

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ölənlərin sayı 893 nəfərə çatıb.
AZERFAX.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu göstərici hökumətin son məlumatlarında yer alıb.
Virusa yoluxma hallarının təsdiqlənmiş sayı 2 267-yə çatıb.
Konqo Demokratik Respublikasında epidemiya mayda başlayıb. Hakimiyyət orqanlarının məlumatına görə, söhbət hələlik peyvənd və ya spesifik müalicə üsulu hazırlanmamış Bundibuqiyo ştammından gedir.
Ümumdünya Səhiyyə Təşkilatı hazırkı epidemiyanı ölkə tarixində ən böyük epidemiyalardan biri hesab edir. Həkimlər və hakimiyyət orqanları infeksiyanın yayılmasını izləməyə və onun qarşısını almaq üçün tədbirlər görməyə davam edirlər.



