Ölkə
Fəridə Lütfəliyeva UEFA-dan təyinat aldı


FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
AZERFAX.AZ AFFA-ya istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin 2 oyununda fəaliyyət göstərəcək
F. Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında “Flora” (Estoniya) – “Mgar Yunayted” (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.
Fəridə Lütfəliyeva “Flora” – “Mgar Yunayted” qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın “Spartak Miyava” klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.
Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən “Spartak Miyava” stadionunda keçiriləcək.



