AZERFAX TV
Korrupsiya istintaqı çərçivəsində saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı

Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunun bələdiyyə sədri Fatma Kaplan Hürriyet vəzifədən uzaqlaşdırılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, dövlət qurumlarının tenderlərinə müdaxilə və rüşvət alma ittihamları ilə iyulun 20-də saxlanılan F.K. Hürriyet “müvəqqəti tədbir” kimi vəzifəsindən kənarlaşdırılıb.
Xatırladaq ki, onun həyat yoldaşı da saxlanılıb.



