AZERFAX TV

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə “hə” dedi

Böyük Britaniya kralı III Çarlz oğlu şahzadə Harriyə barışıq mesajı ünvanlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Bildirilib ki, kral Çarlz şahzadə Harrini Böyük Britaniyaya qarşıdakı səfəri zamanı Bukinqem sarayında qalmağa dəvət edib. Harri bu dəfə təklifi əvvəlcədən qəbul edib.

Xatırladaq ki, iyul ayında planlaşdırılan əvvəlki səfər ərəfəsində Harri atasının oxşar təklifindən imtina etmiş, daha sonra razılaşmaq istəsə də, saray hazırlıq üçün kifayət qədər vaxt qalmadığını bildirərək bunu mümkün hesab etməmişdi.

Kral ailəsini izləyən ekspertlərin fikrincə, Harrinin bu dəfə dəvəti dərhal qəbul etməsi ata-oğul münasibətlərinin yaxşılaşmağa başladığını göstərir. Onların qənaətincə, şahzadə atasının jestini yüksək qiymətləndirərək minnətdarlıq nümayiş etdirmək istəyib.

41 yaşlı şahzadə Harrinin yaxın həftələrdə WellChild Awards mərasimində iştirak etmək üçün Böyük Britaniyaya gedəcəyi gözlənilir. Hələlik onun həyat yoldaşı Meqan Markl və övladları Arçi ilə Lilibetin də səfərə qoşulub-qoşulmayacağı açıqlanmayıb.

Qeyd edək ki, Harri ABŞ-a köçdükdən sonra dövlət hesabına təmin olunan polis mühafizəsi hüququnu itirib. O, ölkəyə səfər etməzdən ən azı 28 gün əvvəl Britaniya polisi və kral ailəsinin nümayəndələrini məlumatlandırmalıdır.

Adəm

Related Articles

Bir cavab yazın

Back to top button