AZERFAX TV
Kukurella o döyməni etdirəcək, özü də görünən yerdə

İspaniya millisinin müdafiəçisi Mark Kukurella milli komandanın baş məşqçisi Luis de la Fuentenin döyməsini etdirəcəyini təsdiqləyib. Futbolçu əvvəllər Dünya Kubokunu qazanacağı təqdirdə belə bir döymə etdirəcəyinə açıq şəkildə söz vermişdi.
AZERFAX.AZ xəbər verir ki, jurnalist Fabritsio Romano Kukrellanın dediyi sözləri sitat gətirib:
“İndi Luis de la Fuentenin döyməsini harada etdirəcəyimi düşünməliyəm! Mütləq onu görünən bir yerə etdirəcəyəm! Evə qayıdarkən bu barədə düşünəcəyəm”.
2026-cı il Dünya Kubokunun finalında İspaniya Argentina ilə qarşılaşıb. Əsas vaxt 0-0 hesabı ilə başa çatıb. İspaniya əlavə vaxtda 1-0 hesablı qələbə qazanıb. Ferran Torres yeganə qolu 106-cı dəqiqədə vurub.
Müəllif: Tural



