AZERFAX TV
Məhəmməd Ağa and içdi

Xəbər verdiyimiz kimi, İraq Türkmən Cəbhəsinin (İTM) rəhbəri Məhəmməd Seman Ağa İraqın Kərkük vilayətinin valisi seçilib.
AZERFAX.AZ “Milliyet”ə istinadən xəbər verir ki, yeni rəhbər and içərək vəzifəsinə başlayıb.
İraq Türkmən Cəbhəsinin (İTM) mətbuat ofisindən verilən açıqlamaya görə, Ağa Kərkük Apelyasiya Məhkəməsinin sədri, prokuror Qasım Məhəmməd əl-Əzzəvinin iştirakı ilə vəzifəsinə başlamaq üçün and içib.
Xatırladaq ki, Kərkük Vilayət Şurası 16 apreldə keçirilən iclasda İTM-in prezidenti Məhəmməd Seman Ağanı əyalətin qubernatoru seçib. Bununla da, Kərkük valiliyi təxminən 100 ildən sonra türkmənlərə keçib.
Müəllif: Roza



