AZERFAX TV

Məşhur aktyorun ölüm xəbəri yayıldı

Nyu-Cersidə aktyor Conatan Tirsten 60 yaşında vəfat edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə TMZ sənətçinin qardaşına istinadla məlumat yayıb.

““Yatan düşərgə” adlı kult sleşer filmindəki Rikki Tomas rolu ilə tamaşaçılara tanış olan amerikalı aktyor Conatan Tirsten təxminən bir həftə əvvəl Nyu-Cersi ştatındakı evində ölü tapılıb. Onun ölüm xəbərini qardaşı Uilyam təsdiqləyib. Baş vermiş hadisənin səbəbləri hələlik araşdırılır. Aktyorun ölümdən əvvəlki sağlamlıq vəziyyəti barədə rəsmi məlumatlar açıqlanmır. Ölümün şəraiti və dəqiq səbəbi də hazırda müəyyən edilməyib”, – məlumatda qeyd edilib.

Tirsten nəinki orijinal filmdə çəkilib, həm də franşizanın iki davamında – “Yatan düşərgəyə qayıdış” və “Yatan düşərgə 4” layihələrində iştirak edib. Qorxu filmləri seriyasındakı işindən başqa, o, “Mükəmməl ev” filmində manyak rolunu canlandırıb və bu ifasına görə ən yaxşı aktyor kimi mükafatlara layiq görülüb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button