AZERFAX TV

Məşhur jurnalist və teleaparıcı vəfat etdi

Tanınmış rusiyalı jurnalist və televiziya aparıcısı Sergey Şoloxov vəfat edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə onun ögey oğlu Vsevolod Moskvin “VKontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Atamız, televiziya əfsanəsi Sergey Leonidoviç Şoloxovun vəfat etdiyini kədərlə bildiririk”, – deyə paylaşımda qeyd olunub.

Dəfnin tarixi və yeri barədə məlumatın daha sonra elan ediləcəyi bildirilib.

Sergey Şoloxovun 67 yaşı var idi. O, “İlin jurnalisti” nominasiyasında “Qızıl qələm – 96” mətbuat müsabiqəsinin laureatı və “Nika” kinoakademiyasının akademiki idi.

Ona populyarlığı Leninqrad televiziyasının “Beşinci təkər” (“Pyatoye koleso”) proqramındakı işi gətirib, daha sonra isə o, “Sakit ev” (“Tixiy dom”) adlı müəllif proqramını buraxıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button