AZERFAX TV
Şimal dənizində 5,5 bal gücündə zəlzələ oldu

Şimal dənizində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Folklend adalarındakı Stenli şəhərindən 1087 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə olub.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.



