Makronun reytinqi rekord həddə düşdü

Fransa Prezidenti Emmanuel Makronun reytinqi 15%-ə qədər düşüb. Bu reytinqlə bağlı yeni bir rekord səviyyədir.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Nəşr “Ipsos” və “CESI” tərəfindən aparılan sorğunun nəticələrinə istinad edib.
Sorğu 7-8 oktyabr tarixləri arasında aparılıb. Sorğuda 18 və ondan yuxarı yaşda olan 1000 Fransa vətəndaşı iştirak edib.
Analitiklərin fikrincə, hazırda respondentlərin 15%-i Makronun dövlət başçısı kimi fəaliyyətini bəyənir. Respondentlərin 82%-i isə hazırkı prezidentin siyasətindən narazılığını bildirib. “Ipsos”a görə, bu ilin sentyabr ayında Makronun reytinqi 16% təşkil edib. Bu, şirkət tərəfindən indiyə qədər qeydə alınan ən aşağı göstərici olub.
Maraqlıdır ki, Fransa Baş naziri Sebastyan Lekornu da xalq arasında sevilmir. Respondentlərin yalnız 22%-i Lekornunun fəaliyyətini müsbət qiymətləndirib. Sorğu iştirakçılarının 69%-i isə baş nazirin fəaliyyətini mənfi qiymətləndirib.
Müəllif: Tural



