AZERFAX TV
Mbappe dubl etdi, “Real” darmadağınla qələbə qazandı

İspaniya La Liqasının 5-ci turunda vitse-çempion Madridin “Real” klubu evdə “Rayo Valyekano” ilə qarşılaşlaşaraq 4:1 hesabı ilə qələbə qazanıb.
AZERFAX.AZ xəbər verir ki, portuqaliyalı Joze Mourinyonun rəhbərlik etdiyi komandanın heyətində fransalı hücumçu Kilian Mbappe dubl edib. İspaniyalı müdafiəçi Alvaro Kareras və ingiltərəli yarımmüdafiəçi Cud Bellinqem də fərqləniblər.
“Real” 12 xalla ikinci yerdə qərarlaşıb. “Rayo Valyekano”nun isə 4 xalı var və 15-ci yerdədir.
İspaniya çempionatı, 5-ci tur
“Real Madrid” – “Rayo Valyekano” – 4:1
Kilian Mbappe, 14 (pen.), 90+1, Alvaro Kareras, 17, Cud Bellinqem, 35 – Sexio Kamelyo, 51
Hüseyn İbadlı



