AZERFAX TV

Medvedyevdən Almaniya ilə bağlı qalmaqallı açıqlama: Hüquqi əsası yoxdur

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Almaniyanın hüquqi əsaslarla bağlı mövcudluğunu sual altına alan açıqlama verib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Medvedyev bildirib ki, Almaniya Federativ Respublikasının mövcudluğu üçün hüquqi əsas yoxdur. Onun sözlərinə görə, AFR və ADR-in birləşməsi ölkə vətəndaşlarının azad iradəsi əsasında həyata keçirilməyib.

Rusiyalı siyasətçi 1990-cı ildə baş verən hadisələri xatırladaraq qeyd edib ki, ADR-in AFR tərəfindən “zor tətbiq edilmədən udulması” referendum vasitəsilə gerçəkləşib.

Medvedyevin fikrincə, Şərqi Almaniya dövləti faktiki olaraq Qərbi Almaniyanın tərkibində “əridilib”. O vurğulayıb ki, həmin dövrdə qalib tərəfin beynəlxalq hüquqda qəbul edilmiş prosedurlara əməl etmək barədə düşüncəsi belə olmayıb.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button