AZERFAX TV
Milli Qəhrəman Şükür Həmidovun qızının toyu oldu

Milli Qəhrəman, şəhid Şükür Həmidovun qızı Əzizənin toyu olub.
AZERFAX.AZ xəbər verir ki, Əzizə xanım Nicat adlı bəylə ailə qurub.
Qeyd edək ki, Şükür Həmidov Aprel döyüşlərində “Lələtəpə”nin alınması uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına (sağlığında) layiq görülüb.
Şükür Həmidov Vətən Müharibəsində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. (Qafqazinfo)



